Bu gün Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin üzvləri Aydın Hüseynov və Səbinə Xasayeva bir il əvvəl - 01.10.2020 ci il tarixdə Ağdərə və Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuş Məmmədov Pərviz Ələddin oğlunun və Məmmədov Ramal Məmməd oğlunun Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında yerləşən məzarlarını ziyarət edib, üzərinə çələng və gül dəstələri qoyublar.
SİA YAP Qaradağ rayon təşkilatına istinadən xəbər verir ki, həmin gün rayonun rəhbərliyi şəhidlərin Lökbatan və Qobustan qəsəbəsində təşkil olunmuş il mərasimlərinə qatılıb, onların ailə üzvlərinə və doğmalarına baş çəkib, şəhidlərin əziz xatirələrini ehtiramla yad ediblər.
Mərasimlərdən xatirə şəkili çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB