Gəmi kapitanları mütləq gəmidə olsunlar - XƏBƏRDARLIQ! - QURUM RƏSMİSİ AÇIQLADI

Gəmi kapitanları mütləq gəmidə olsunlar - XƏBƏRDARLIQ! - QURUM RƏSMİSİ AÇIQLADI

“"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) Xəzərdə üzən gəmilərinə xəbərdarlıq göndərib. Gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülməlidir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QCN-nin mətbuat katibi Mehman Mehdiyev deyib.

Onun sözlərinə görə, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırmalıdırlar: "Yağış və ya külək gözlənilən tarixlərdə gəmi kapitanları mütləq gəmidə olsunlar və gəmilərin təhlükəsiz dayanmalarını təmin etməli və külək səngiyəndən sonra onlar öz fəaliyyətlərini bərpa etməlidirlər".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə