YouTube COVİD-19 vaksinlərini tənqid edən videoçarxları dərhal silir QƏRAR

YouTube COVİD-19 vaksinlərini tənqid edən videoçarxları dərhal silir QƏRAR

YouTube videoservisi dünya üzrə qəbul edilən istənilən COVİD-19 vaksininə qarşı dezinformasiya kontentlərini siləcək. SİA xəbər verir ki, bu haqda Bloomberg yazır.

YouTube-nin vitse-prezidenti Mett Halprin bəyan edib ki, qadağalar altında vaksinlərin sağlamlığa zərəri, yaxud təhlükəli olması barədə bəhs edilən bütün videoyazılar, eləcə də videogörüntülər düşəcək.

Qeyd olunur ki, hələ ötən ildə COVİD-19 vaksinlərinə qarşı tənqidi videomateriallar adıçəkilən servis tərəfindən silinirdi. Belə ki, 2020-ci ilin oktyabrında bu kimi 130 min videoçarxlar baxışdan çıxarılıb.

Xatırladaq ki, bənzər addımı Facebook sosial şəbəkəsi də həyata keçirir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə