Qaradağ rayonunda şəhid məzarları ziyarət edilib - FOTOLAR

Qaradağ rayonunda şəhid məzarları ziyarət edilib - FOTOLAR

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və Milli Məclisin üzvü Səbinə Xasayeva 44 günlük Vətən müharibəsinin ilk günlərində 29.09.2020 ci il tarixdə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuş İbadov Rafiq Baloğlan oğlunun Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında uyuduğu məzarını ziyarət edib, məzarı üzərinə çələng və gül dəstələri qoyub, Şəhidin ailəsinə baş çəkib və onun il mərasimində iştirak ediblər.

YAP Qaradağ rayon təşkilatından SİA-ya verilən məlumata görə, həmin gün rayonun rəhbərliyi böyük heyətlə Füzuli rayonun azad olunması uğrunda döyüşlərdə şəhid olmuş Aslanov Elşən Alxas oğlunun doğum günü münasibəti ilə Qızıldaş qəsəbəsində yerləşən Şəhidlər xiyabanındakı məzarını ziyarət edib və onun əziz xatirəsini ehtiramla yad ediblər.

Mərasimlərdən xatirə şəkili çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə