“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi bu dəfə Tovuzda keçirilib - FOTOLAR

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi bu dəfə Tovuzda keçirilib - FOTOLAR

AFFA-nın və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir 29 sentyabr 2021-ci il tarixdə Tovuz rayonunda keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi məqsədi ilə AFFA-nın təşəbbüsü ilə 2020-ci il ərzində karantin rejminin tələblərinə əməl etməklə Respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər həyata keçirilib.

2021-ci il ərzində qeyd olunan layihə üzrə tədbirlər Fizuli, Tərtər, Bərdə, Oğuz Xəzər, Cəbrayıl, Ağdaş rayonunun qəsəbə və kəndlərində, Gəncə şəhərinin Kəpəz rayonunda Vərən müharibəsi zamanı düşmənin raket hücumuna məruz qalmış ərazisində baş tutub.

Tovuz rayonunun Bozalqanlı kəndində keçirilmiş bu günkü tədbirdə 50 məktəbli uşaq o cümlədən şəhid ailələrindən olan uşaqlar iştirak edib. Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatları Arzu Nağıyev, Sabir Hacıyev və şəhər ictimayyətinin nümayəndələri iştirak edib. Tədbirdə Tovuz Rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatları Rauf Əliyev, Arzu Nağıyev, Sabir Hacıyev çıxış ediblər.

Tədbirdə çıxış edənlər 27 sentyabır Azərbaycanda Anım Gününün qeyd olunması ilə əlaqədar qeyd ediblər ki, 27 sentyabr 2020-ci tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin və qazilərimizin qanı və canı bahasına işğaldan azad olunub və onların xatirəsi Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır. Eyni zamanda şıxış edənlər Respublikamızın müxtəlif regionlarının kənd və qəsəbələrdə belə tədbirlərin təşkil edilməsinin kənd yerlərində idmanın inkişafı üçün əhəmiyyətini qeyd ediblər.

Bu günkü tədbirdə iştirak edən 50 məktəbli uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.

Bu layihə üzrə tədbirlərin Respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə