ETSN-də Gürcüstanın nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanda işgüzar səfərdə olan Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirinin müavini xanım Nino Tandilaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən mlumata görə, görüş zamanı ətraf mühitin, biomüxtəlifliyin mühafizəsi, su ehtiyatlarının idarə edilməsi, hidrometeorologiya və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...