600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib - FOTOLAR

YAP Nərimanov yerli təşkilatında 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib. İlk öncə Vətən Müharibəsi qəhrəmanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. SİA-nın verdiyi məlumata görə, görüşü giriş sözü ilə açan Yeni Azərbayan Partiyası Nərimanov yerli təşkilatının sədri Samir Vəliyev bu il tələbə adını qazanan məzunları təbrik edib və yeni tədris illində onlara uğurlar arzulayıb. Ötən il ölkəmizdə çox önəmli tarixi hadisənin yaşandığını, 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad etməsini geniş şəkildə tələbələrə izah edərək, vətənpərvərlik mövzusunda həssas olmağı gənclərə məsləhət görmüşdür.

Torpaqlarımızın azad olunmasında döyüşən və şəhid olanların gənc nəslin nümayəndələri olması, özlüyündə bugünkü Azərbaycan gəncliyindən daha da böyük məsuliyyət tələb edildiyini həmçinin Samir Vəliyev tələbələrlə görüşündə vurğulamışdır. Pandemiyanın ağır təsirləri insan itkisi, iqtisadi geriləmə və sosial cətinliklərə rəğmən, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizdə inkişaf və çiçəklənmənin əsas təminatı kimi təhsil və tədrisin yeni şəraitə uyğun şəkildə təşkil olunması istiqamətində atılan addımlar barəsində həmçinin geniş məlumat verilmişdir. Eyni zamanda o qeyd edib ki, Nərimanov məktəbləri hər zaman yüksək nəticələr əldə edir və bu demək olarki ənənə halını almışdır. Bütün bunlar göstərir ki, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycanda bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Bildirilib ki, Nərimanov rayonu ərazisində 22 tam orta məktəbdən ümumilikdə 48 nəfər tələbə 600 baldan yuxarı nəticə göstərmişdir. Nərimanov ərazisində yerləşən məktəb məzunları arasında Avropanın top 100-lüyə daxil olan, eyni zamanda Türkiyə, Rusiya kimi ölkələrin ali təhsil müəssisələrinə qəbul olmuş tələbələr də vardır.

Daha sonra Yeni Azərbaycan Partiyası Nərimanov yerli təşkilatında təlimatçı vəzifəsini icra edən Vüsal Əliyev çıxış edərək yüksək nəticə göstərən tələbələri təbrik edib, uğurlar arzulamışdır.

Görüşdə iştirak edən tələbələr, onların valideynləri də öz növbəsində Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, partiya rəhbərliyinə təşəkkür ediblər. Onlar gənclərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, yaradılan şəraitdən lazımınca yararlanaraq, ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.

Sonda rayon üzrə ən yüksək nəticə göstərmiş Zeybə Zeynallı, İsmayıl Məmmədli və Nazim Çələbiyevə xüsusi hədiyyələr, digər yüksək nəticə göstərən tələbələrə isə YAP Nərimanov yerli təşkilatı adından simvolik hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...