Moldovadakı soydaşlarımız Vətən müharibəsi şəhidlərini anıblar - FOTOLAR

Moldova Azərbaycanlıları Konqresinin üzvləri 27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizi yad ediblər.

Azərbaycanın Moldovadakı səfirliyi önündə toplaşan soydaşlarımız şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, anım güşəsinin önünə güllər düzüblər. Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımıza inanılmaz sevinc və qürur hissi yaşatdığını bildiriblər.

Qeyd edilib ki, öz şücaəti ilə dünyanın hərb tarixinə adını yazan əsgər və zabitlərimizin fədakarlığı heç bir zaman unudulmayacaq, şəhidlərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...