Hərəkətin və piyadaların təhlükəsizliyi ən yüksək səviyyədə təmin olundu - FOTOLAR

Bu gün möhtəşəm Qələbəmizin - son 44 günlük Vətən müharibəsinin, şəhidlərimizin anım günü qeyd olundu. SİA-nın məlumatına görə, möhtəşəm yürüş "şəhidlərə" birgə həyata keçirildi. Əlbəttə bu yürüşdə, əhalinin təhlükəsizliyini qoruyan DİN-nin əməyini qeyd etməmək insafsızlıq olar. Eləcə də BŞBDYPİ-nin rəhbərliyi ilə, hərəkətin və piyadaların təhlükəsizliyi ən yüksək səviyyədə təmin olundu. Hələ bir gün əvvəl BŞBDYPİ əhalini, sürücüləri məlumatlandıraraq nəqliyyatın və piyadaların hərəkətlərinin tənzimlənməsi yolunda, səmərəli hərəkətin təmin olunmasını təşkil etmişdi. İmternet, sosial şəbəkələr, dövlət televiziyaları ilə əhalinin təhlükəsiz, səmərəli hərəkətini təqdim edən məlumatlar, video-çarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunmuşdur. Heç bir nöqsansız, güclədirilmiş iş rejimində çalışan BŞBDYPİ-nin əməkdaşları, heç bir nöqsansız öz xidməti vəzifələrini yerinə yetirdilər. Saat 20-ərəfələrinədək ,1-ci, 2-ci fəxri xiyabanlara ziyarətə gələnlər var idi. Bütün günü gücləndirilmiş iş rejimində olan BŞBDYPİ-nin rəhbərliyi və bütün əməkdaşları bugünki möhtəşəm tədbiri qüsursuz yola verdilər. Hələ DYP əməkdaşlarının 1 dəqiqəlik "sükut"un təşkilində əvəzsiz xidmətlərini qeyd etməmək "günahdır". Üstəlik DİN əməkdaşları ilə birlikdə anım gününə həsr edilmiş agac əkmək "kampaniyası"nda iştirak etməyə macal tapdılar. BŞBDYPİ-nin əməkdaşları eyni zamanda "tıxacların", yol hərəkətinin səmərəliyini bu gün yüksək səviyyədə təmin etdilər. Sağ olsunlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Eləcə də şəhidlərin ruhunu şad edən, bütün xalqımızı, dövlətimizi var eləsin. Bugünki xalq-dövlət birliyi əbədi olacaq! Vəzifə borclarını layiqincə yerinə yetirən DİN və BŞBDYPİ əməkdaşlarına isə təşəkkürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...