Ukraynanın bir qrup jurnalisti Gəncədə səfərdədir

Ukraynanın müxtəlif media qurumlarını təmsil edən bir qrup jurnalist Gəncə şəhərində səfərdədir. SİA-nın məlumatına görə, onlar Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisələrinin başverdiyi ərazilərə baş çəkiblər.

Ukraynalı jurnalistlər erməni terroru nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə güllər düzüblər.

Media nümayəndələrinə hadisə barədə məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə