Biləsuvar rayonunda Anım günü və Şəhidin ildönümü qeyd edildi

Biləsuvar rayonunda 44 günlük Vətən Müharibəsinin birinci ildönümü münasibətilə Anım günü qeyd edilib.Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının əməkdaşları və fəalları Şəhidlər Xiyabanını ziyarət edib torpaqlarımızın azadlığı uğrunda canından keçmiş həm Birinci Qarabağ müharibəsi, həm də ikinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirələrini yad edərək abidələrini tər çiçəklərlə bəzəmişlər.

Sonra Qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.Tədbirdə rayon İcra Hkimiyyətinin başçısı Faiq Qürbətov,Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli,Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədr əvəzi Aqşin Bağırov,idarə,müəssisə,təşkilatlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak edərək şəhər ərazisində ayrılmış yerdə 500 ədəd müxtəlif növ ağac əkib və suvarıblar.

Daha sonra rayon təşkilatının əməkdaşları vətən müharibəsi şəhidi Abıyev İlkin İslam oğlunun şəhadətinin ildönümü ilə bağlı məzarını ziyarət edərək məzarı üzərinə gül dəstələri qoymuşlar.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə