Narkotikaya meyililiyin səbəbləri SƏN DEMƏ - DİQQƏT! - PSİXOLOQ AÇIQLADI

Narkotikaya meyililiyin səbəbləri SƏN DEMƏ - DİQQƏT! - PSİXOLOQ AÇIQLADI

“Son vaxtlar narkotik vasitələrin artmasının əsas səbəblərindən biri də sosial şəbəkələrdə çox reklam olmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, narkotik vasitələrə meyililik ən çox işsiz, problemlərinin öhdəsindən gələ bilməyən, iradəsiz insanlarda olur: “Bu hal son vaxtlar qadınlar arasında daha çox yayılmağa başlayıb. Pandemiya dövrü başladıqda psixoloqların ən çox çağırışları bundan ibarət idi ki, karantində insanların narkotik maddəyə, içkiyə marağı artacaq. İşsizlik, ailədaxili problemlər, ümumi stress, xəstəliyin artması insanların psixologiyasını zəiflədir və son vaxtlar daha iradəsiz olduqlarına görə, narkotikə və içkiyə daha çox meyil ediblər. Ümumiyyətlə, insanlar bu kimi zərərli maddələrdən uzaq qaçmalıdırlar. Çünki “yüngüldü”, “bir dəfədən heç nə olmaz” deyirik və zaman keçdikcə, daha ağırlarına qurşanırıq. Artıq bundan sonra həm psixoloq, həm həkim, həm psixoterapiya bunların hamısı birlikdə nəticə verə bilir. Bu da ağrılı və çox maddiyyat tələb edən bir prosesdir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə