Leyla NƏCƏFOVA,

Qaradağ rayon Heydər Əliyev Mərkəzinin Baş Fond müdiri

Ermənistanın və onun arxasında duran qüvvələrin Azərbaycan torpaqlarında 30 il bundan əvvəl başlatdıqları işğalçılıq siyasətinə Azərbaycan Prezidenti, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində son qoyuldu, Müzəffər Azərbaycan Ordusu düşməni yurdumuzdan qovdu, üçrəngli bayrağımızı qeyrət qalamız olan Şuşada dalğalandırdı. Bəli, bunu Azərbaycan xalqının mərd oğulları etdi, qanı və canı bahasına. I Qarabağ müharibəsində həlak olan minlərlə azərbaycanlının qisası alınıb və inanırıq ki, onların ruhu rahatlıq tapıb...

Xalqımızın “ümid sənədir” deyərək arxasında durduğu Azərbaycan əsgəri 44 günlük Vətən müharibəsində öz sözünü layiqincə və artıqlaması ilə dedi, Vətənin çətin günündə ayağa durdu, yağı düşməni torpaqlarımızdan qovdu, suverenliyimizi bərpa etdi, bu şərəfli yolda yaralandı, şəhidlik zirvəsinə qədər yüksəldi.

Ermənistanın yeni hökumətinin provokativ addımları, sülh danışıqlarının onsuz da pis olan gedişatına yeni mənfi çalarlar gətirən Ermənistan rəhbərliyinin beynəlxalq tədbirlərdə Qarabağı Ermənistanın tərkib hissəsi kimi təqdim etməsi, Şuşanı separatçı və qondarma qurumun paytaxtı elan etməsi, “Cıdır düzü”ndə yallı getməsi Azərbaycana müharibədən başqa yol qoymadı. Və sonda Lələ Təpəni geri almaq üçün erməni ordusunun əməliyyata başlaması xalqımızın əsəblərini tarıma çəkdi. Onminlərlə insan dövlət başçısından ölkədə səfərbərlik elan etməsi üçün küçələrə axışdı. Sentyabrın 27-də Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlandı...

İstər Birinci Qarabağ Savaşında, istərsə də Vətən müharibəsində ordumuzun, əsgərimizin rəşadətindən, şücaətindən hər bir azərbaycanlı fəxarət hissi ilə danıışır. “Ölsək şəhid, qalsaq qazi” prinsipi ilə döyüşə yollanan igidlərimiz azğın düşməndən fərqli olaraq döyüşlərdə əsl kişilik və qəhrəmanlıq təcəssüm etdirmişdilər. Damarlarında döyüşkən türk millətinin qanını daşıyan əsgərimizə cəsarət verən, onu şərəfləndirən döyüş meydanından qalib kimi çıxmasıdır. Azərbaycan xalqının zaman-zaman başı qonşu hesab etdiyi emənilərdən bəlalar çəkmişdir. Çörəyimizi yeyən, suyumuzu içən mənfur ermənilər sonunda bizə naxələf çıxaraq xəyanət etmişdilər. Xəyanətkar “haylar” şanlı Ordumuz tərəfindən layiqlı cəzasına çatmışdır.
Qeyd edək ki, 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinin sülh yolu həlli üçün çoxlu diplomatik səylər göstərilmiş, beynəlxalq sammitlərdə və beynəlxalq təşkilatlarda bu problemin həlli istiqamətində Azərbaycan Respubliksının operativ və praqmatik fəaliyyətinə baxmayaraq fitnəkar və təxribatçı Ermənistan bizə müharibə variantından başqa çıxış yolu buraxmamışdır. Ali Baş Komandanın qətiyyəti ilə Ordumuzun döyüş hazırlığı hər zaman yüksək səviyyədə olmuş milli ruh, döyüş taktikası və vətənpərvərlik hissləri intellektual və mətin zabitlərimiz tərəfindən əsgərimizə aşılanmışdır. Ordumuzun maddi-texniki bazası ən müasir silah-sursatlarla, hərbi texnikalarla, artreliya qurğuları ilə təmin olunmuşdur. Xalq –Ordu birliyi, böyük ruh yüksəkliyi, vahid mərkəzdən idarə olunan əzmkar və qətiyyətli komandanlıq işğal altında olan qədim Qarabağ torpağımızı, Xarı Bülbülü əzəli və əbədi sakinlərinə qovuşdurdu. Dünyanın ən inkişaf etmiş güclü orduları belə Ordumuzun döyüşlərdə göstərdiyi qətiyyətə, əzmkarlığa, dəqiq və düzgün planlı takitakalara heyran qalmışdılar. Bu müharibədə ordumuzun bütün qoşun növləri iştirak etmiş, qələbənin əldə edilməsində hər birinin ayrılıqda öz payı vardır. Yaxşı təşkil olunmuş nizami Ordumuzun əsgərləri bütün silahlardan mükəmməl istifadə etməyi döyüş hazırlığı təlimlərində mənimsəmiş, döyüş meydanında isə azğın və qorxaq düşmənə qarşı tədbiq etmişlər. Artreliya, sərhəd, və xüsusi təyinatlı qoşun növlərimiz müharibədə xüsusi ilə fərqlənmişdilər. Dünyada ən müasir PUA, Bayraqdar, HAROP tipli artreliya qurğuları düşmənə göz açmağa belə macal vermirdi. Əlbətdə ki ordumuzun hər bir fərdinin, əsgərdən generala qədər öz fiziki və mənəvi gücünün mənbəyi dövlət qayğısından və xalq sevgisindən qaynaqlanmışdır. Müharibədə qələbə çalmağın yarıdan çoxu yüksək ruh yüksəkliyi və mənəvi özünə inamdan qətiyyətdən və əzmkarlıqdan irəli gəlir.

Azərbaycan əsgəri qədim alınmaz qala olan Şuşa şəhərinə canlı sipər - barrikada quraraq hücum etmiş, hətta şəhid olan döyüş yoldaşlarını çiyinlərində daşıyaraq, sıldırım qayalıqlardan keçərək şəhəri düşmən tapdağından azad etmişdilər. Şuşanın alınmasında xüsusi təyinatlı qoşun növümüzün xidmətləri əvəzsizdir və onların göstərdiyi şücaət əfsanədir. Hər bir kəndin, şəhərin işğaldan azad olunması xəbəri bütün Azərbaycanı sevinc göz yaşlarına qərq edirdi.

Döyüşlərdən danışarkən, Bətən müharibəsində iştirak edən, işğalçıları yurdumuzdan qovub-çıxarmaq üçün öz canını belə əsirgəməyən şəhid və qazilərimizi daim anır, onların qəhrəmanlığını gələcək nəsillərə bir örnək göstəririk. Belə igidlərdən biri haqda, Vətən üçün canını fəda etmiş bir əsgər barədə danışmaq istəyirəm.
Torpaq su ilə qarışsa palçıq, qan ilə qarışsa Vətən olar, deyiblər. Bu torpağı Vətən edən, müqəddəs ocaq edən Şəhidlərimizin qanıdır. O Şəhidlər ki, qorxu nədir bilmədən şəhadətə gözüyumulu getdilər. Vətənimizin bütövlüyü uğrunda igidcəsinə döyüşüb, qəhrəmancasına uca zirvəyə qalxdılar. Əzəldən bəri başı bəlalı xalqımız torpaq uğrunda nə savaşlar verib, nə igidlər itirib, ancaq bir an olsun əyilməyib. Çünki neçə-neçə Mübarizi var yurdumuzun və daha neçə-neçə Poladları doğulacaq.

Vətən uğrunda əziz canından keçməyə hazır igidlər ikinci Qarabağ müharibəsində Zəfər dastanı yaratdılar. Elə bir dastan ki, 44 gün davam edən döyüş ilə dünyanı özlərinə heyran qoydular. Şəhid olan, yaralanan, sağ qalan hər igid ayrı bir qəhrəmanlıq simvoludur. Ölümü ilə ölümsüzlüyə qovuşan Samir Xəlili kimi...

Hər kəs tərəfindən sevilən, yaxşı dost olan Samir ehtiyac olan anda dostlarının köməyinə çatırmış. Yaxınları daim onu tərbiyəsindən, yaxşı niyyətindən bəhs edir. O, həm də Vətən və ona qulluq sevgisi ilə yaşayırdı. Bu sevgidir ki, göz əməliyyatı olduğu üçün ona 6 aylıq möhlət hüququ verilsə də, dəfələrlə hərbi komissarlığa müraciət edərək tez bir zamanda hərbi xidmətə getmək istədiyini bildirib. Bu səyləri nəticəsində vaxtından əvvəl hərbi xidmətə getməyə nail olub və Goranboy rayonunun “N” saylı hərbi hissəsində qulluq edib. Hərbi xidmət zamanı hərbi hissə komandirinin sürücüsü olub. Çətin coğrafi şəraitdə vəzifəsinin öhdəsindən məharətlə gəldiyi üçün rəhbərlik tərəfindən təşəkkür alıb. 2019-cu il oktyabrın 2-də hərbi xidmətdən təxris olunub. Nə bilmək olardı ki, xidmətdən təxris olunduğu bu tarix düz bir il sonra, 2020 oktyabrın 1-də onun Şəhid olduğu gün olacaq...

Samirin ən böyük arzusu polis olmaq idi. Bu istəyinə çatmaq üçün, Daxili İşlər Naziri Vilayət Eyvazovun sıra baxışında iştirak edir. Nazir tərəfindən polis sıralarına seçilir. Çalışmaq üçün əmrini gözləyən Samirə, təəssüf ki, bu qismət olmur. Çünki, 2-ci Qarabağ müharibəsi başlayır. 2020-ci il sentyabr ayında çağırış gələn kimi dərhal hərbi komissarlığa gedir. Bir həftəlik hərbi təlimdən sonra döyüşlərdə könüllü olaraq iştirak edir. O da döyüşə yollanan qorxmaz, cəsarətli oğullar sırasında idi. Əsgər yoldaşlarının dediklərinə görə, iki dəfə ən ağır döyüşlərdən mözücə sayəsində sağ qalıb. Yanında partlayan minadan sağ çıxan Samir, dostuna telefonda: “Allah məni saxladı”-, deyə söyləyib. Buna rəğmən irəliyə getməkdən bir an belə tərəddüd etməyib. Hətta döyüşlər sırasında keçmiş hərbi hissə komandiri ilə qarşılaşıb, lakin komandirin sürücülük təklifini qəbul etməyib, silahı əlində düşmənə qarşı vuruşacağını söyləyib. Ailə üzvləriylə telefon danışıqlarında hər şeyin yaxşı olduğunu deyir, onları narahat qoymaq istəmirdi. Samir evində asılı olan formasını geyinib, polis olmaq istəyinə çata bilməsə də, daha böyük zirvəni fəth etdi. 2020-ci ilin 1 oktyabrında Şəhidlik zirvəsinə ucaldı. İndi onun ruhu göylərdən Vətənin keşiyini çəkir.

10 noyabr təqvimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir tarixdir. Xalqımız öz Şanlı Ordusuna dərin minnətdarlıq hissini ifadə edirdi. Ali Baş Kommandana çoxlu sayda bütün bölgələrdən təşəkkür məktubları ünvanlanırdı. Bütün bunlar millətin öz dövlətinə, Prezidentinə və Ordusuna sevgi və etimadının bariz nümunəsi idi. Qələbənin əldə edilməsində və torpaq, vətən, ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin hər biri bizlərin müqəddəs and yeridir. İşğaldan azad edilmiş hər qarış torpaqda kutsal şəhid qanı vardır.

Uca Tanrı Qalib Sərkərdəmizi və Müzəffər Ordumuzu hifz eləsin! Yaşasın qüdrətli Azərbaycan!

Bütün xəbərlər Facebook səhifəmizdə