Bu gecədən hava kəskin dəyişir...

Azərbaycanın bəzi yerləində güclü leysan olacaq, dolu düşəcək

Sentyabrın 25-dən 26-na keçən gecə saatlarından başlayaraq Quba-Qusar rayonu və Şimal zonasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bəzi yerlərdə leysan xarakterli güclü olacağı , dolu düşəcəyi ehtimalı var. Prosesin gecə saat 02.00 radələrindən başlanması, və ən intensiv dövrün səhər saat 07.00-dək davam edəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraca, Ağçay, Cağacuqçay, Qaraçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m /s- dək güclənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...