Bu marşrutların hərəkət cədvəli dəyişdiriləcək - SİYAHI

27 sentyabr - Anım Günü keçiriləcək tədbirlərlə əlaqədar bir sıra yollarda hərəkət cədvəlində dəyişiklik ediləcək. SİA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva küçələri, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər olmaqla bütün növ nəqliyyat vasitələri hərəkəti məhdudlaşdırıldığından bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdiriləcək.

Sentyabrın 27-də saat 06:30-dan anım tədbirləri tam başa çatanadək 1, 2, 3, 4, 5, 6, 10, 18, 21, 30, 31, 32, 37, 39, 46, 49, 53, 65, 77, 88, 125, 127, 175, 205 və M3 nömrəli marşrutlar üzrə avtobusların hərəkəti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...