Mingəçevirdə gənclərlə görüş keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetində gənclərlə görüş keçirilib.

SİA-nın verdiyi məlumata görə, YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev Gənclər Birliyinin fəaliyyəti haqqında məlumat verərək Partiyanın sıralarının bütün gənclərə açıq olduğunu bildirib. Diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gəncləri müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin ətrafında bir yumruq şəkilində birləşərək böyük Qələbənin əldə edilməsində önəmli rol oynadı.

Qazanılan bu qələbə Azərbaycan gənclərindən ölkəmizin gələcək inkişafı üçün daha da əzmlə çalışmağı, öz fəaliyyətlərində daima vətənin mənafeyini düşünməyi tələb edir.

Qeyd edilib ki, bu gün ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir və gənclərimiz hərtərəfli qayğı ilə əhatə olunub. Gənclərin belə geniş imkanlarla əhatə olunması onların intellektual potensialının ölkəmizin inkişafına istiqamətləndirilməsinə şərait yaradır.

Görüşdə gəncləri maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə