Türkiyəyə gələn turist Azərbaycana keçə bilər Türkiyənin mədəniyyət və turizm naziri

"Azərbaycanın turizm sahəsində apardığı işləri yaxından izləyirəm və düzgün hesab edirəm. Xüsusilə, təqdimat məsələsində çox sürətlə irəliləyirlər. Bu təqdirə layiq məqamdır".

SİA-nın Şanlıurfaya ezam olunan müxbirinin məlumatına görə, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Türkiyənin mədəniyyət və turizm naziri Məhmət Nuri Ərsoy bildirib. Onun sözlərinə görə, bizim bu sahədə gördüyümüz işləri özlərinə uyğunlaşdərırlar:

"Məncə, növbəti mərhələdə iki ölkə arasında turist axınının çox olduğunu nəzərə alsaq, ABŞ və digər uzaq ölkələrdən iki fərqli destinasiya şəklində tanıdıla bilər. Türkiyəyə gələn Azərbaycana keçə bilər, Azərbaycana gələn turist də Türkiyəyə keçə bilər. Azərbaycan və Türkiyə əlavə birgə destinasiya şəklində həm turistlərə tanıdıla bilər. Bunun nəticəsinin yaxşı olacağını hesab edirəm".

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə