Şuşa şəhəri haqqında videoçarx hazırlanıb - VİDEO

Şuşa şəhəri haqqında videoçarx hazırlanıb - VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarına baş çəkən və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlərin xatirələri və təəssüratları barədə videoçarxlar hazırlayır. SİA-nın verdiyi məlumata görə, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Vətən həsrəti bitən həmvətənlərimiz, xüsusən, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz sərkərdəliyi və siyasi-diplomatik fəaliyyəti nəticəsində işğalçı Ermənistanın döyüşsüz tərk etməyə məcbur olduğu Ağdam, Kəlbəcər və Laçın rayonlarının sakinləri möhtəşəm Zəfər haqqında fikir və düşüncələrini, Qələbə duyğularını bölüşürlər.

Növbəti videoçarxlarda Şuşa şəhərinə səfər etmiş məcburi köçkünlər öz təəssüratlarını bölüşür.

Videolayihə əsasında çəkilişlər davam etdirilir.

https://www.youtube.com/watch?v=ONQ6ZSTIosg

https://www.youtube.com/watch?v=CrHk5qnoj3Q

https://www.youtube.com/watch?v=d_f30ZjYL_E

https://www.youtube.com/watch?v=tt5wAJqK_4s

https://www.youtube.com/watch?v=6IjeLiiw1wc

https://www.youtube.com/watch?v=KnMvcYG792M

Bütün xəbərlər Facebook səhifəmizdə