Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Mədəniyyət Nazirliyi və “teatro.az” sənət portalının birgə təşkil etdiyi festivala hazırlaşır. 44 günlük Zəfər tariximizi əks etdirən festival “4.4 Qısa Tamaşalar Festivalı” (QTF) adlanır. Teatrdan “SİA“-ya verilən məlumata istinadən, festivalda “Zəfər yolu” adlı yeni tamaşa ilə çıxış edəcək. Əsas rollarda Əməkdar artist Gülər Nəbiyeva, aktyor Anar Seyfullayev və başqalarının iştirak edəcəyi səhnə əsərinin quruluşçu rejissoru İsa Əsədov, rejissor assistenti Rahib Axundov, səs rejissoru Zaur Rəşidov, işıq üzrə rəssamı Vadim Kuskovdur. Tamaşada hadisələr döyüş meydanında cərəyan etmir. 44 günlük müharibə ölkəmizdə və dünyanın hər yerində yaşayan Azərbaycanlıların beynində, ürəklərində, yaşantılarında baş verən hadisələrə münasibətdə göstərilir. Ön cəbhədə gedən gərgin döyüşlər qələbəyə hər gün bir addım daha yaxınlaşdıqca arxa cəbhədə qürurla izlənilir, ölkənin taleyüklü dönəmində nümayiş etdirilən həmrəyliyimiz elə tamaşanın da ana xəttinə çevrilir.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB