Qabarıq sahəyə malik piyada zolağı yaradılıb - FOTOLAR

Bakıda ilk dəfə olaraq xüsusi qabarıq sahəyə malik piyada zolağı yaradılıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilir ki, piyada zolağı Bakı Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Nizami İsmayılov küçəsinin əsaslı şəkildə təmiri zamanı salınıb. 146 №-li tam orta məktəbin qarşısında yaradılan piyada zolağı təhlükəsiz keçidi təmin edəcək.

Qeyd edək ki, layihə çərçivəsində piyada zolağının ətrafında zəruri yol nişanları quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə