Beynəlxalq karikatura yarışmasının nəticələri bəlli olub - FOTOLAR
Girne bələdiyyəsi ilə Kıbrıs Türk Karikaturaçılar Dərnəyi tərəfindən ərsəyə gələn 2021-ci il Beynəlxalq karikatura yarışmasında böyük mükafatı “Zeytun” mövzulu bölümdə Türkiyədən Muammer Kotbaş qazanıb. SİA xəbər verir ki, Girne bələdiyyəsi ilə Kıbrıs Türk Karikaturaçılar Dərnəyinin yaydığı açıqlamada "Zeytun" mövzulu bölümdə birinci yeri Mojmir Mihatov (Xorvatiya), ikinci yeri Spiro Radulovic (Serbiya), Vladimir Kazanevsky (Ukrayna), üçüncü yeri isə Javier Zorrilla Berganza (İspaniya) tutduğu bildirilib.
.png)
“Sərbəst” mövzuda çəkilən karikaturalar müəllifləri arasında birinci mükafatı Aşkın Ayrancıoğlu (Türkiyə), ikinci mükafatı Ali Miraee (İran), üçüncü mükafatı isə Liu Qiang (Çin) qazanıb.
.png)
Yarışmaya 40 ölkədən 157 karikaturaçı rəssam 432 əsərlə qatılıb. Yarışmaya göndərilən əsərlər Girne bələdiyyə sədri Nidai Gündoğdunun fəxri sədrliyində Öznur Kalender (Türkiyə), M. Serhan Gazioğlu (Kıbrıs), Kübra Deligöz (Türkiyə), Derman Atik (Kıbrıs), Musa Kayra (Kıbrıs), Selen Selışık (Kıbrıs) və Hüseyin Çakmakdan (Kıbrıs) ibarət Beynəlxalq Seçici Şurası üzvləri tərəfindən 1 – 3 sentyabrda Girnedəki "Pasha Otel"də dəyərləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB