YAP-ın nümayəndələri şəhid ailələrini ziyarət ediblər - FOTOLAR

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Binə qəsəbəsi Südçülük yaşayış sahəsinin sakini, Vətən Müharibəsi şəhidi əsgər (MAHHXHQ) Məmmədov İsa Nazimoğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıblar. SİA-nın verdiyi məlumata görə, görüş zamanı şəhidlərimizə olan hörmət və ehtiramını bildirən Vüqar Seyidov bildirib ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq. Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunə təşkil edir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək üzərində şəhidin təsviri toxunmuş xalçanı ailəyə təqdim edib.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz dərin minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...