"Ümumrespublika Xəmsə Festivalı"nın növbəti mərhələsi baş tutub - FOTOLAR

Şamaxı rayonunda "Ümumrespublika Xəmsə Festivalı"nın növbəti mərhələsi baş tutub. Əvvəlcə Şamaxı şəhərindəki Heydər Əliyev parkında ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb. SİA-nın verdiyi məlumata görə, YAP Şamaxı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Bəxtiyar Abbasov tədbirin önəmini vurğulayaraq, layihənin ölkə gənclərinin intellektual potensialının inkişaf etdirilməsində xüsusi rol oynadığını bildirib.

Daha sonra YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev iştirakçıları salamlayaraq, onlara "Ümumrespublika Xəmsə Festivalı"nın cəmiyyətdə ictimai-siyasi mövqeyindən asılı olmayaraq həm bitərəf həmdə YAP üzvü olan gəncləri əhatə etdiyini bildirdi. Bunun da əsas məqsədinin Azərbaycan gəncliyinin milli birliyinə xidmət etdiyini diqqətə çatdırıb.

Ucar, Zərdab, Ağdaş, Ağsu, Göyçay, Şamaxı, Qobustan, Kürdəmir və İsmayıllı bölgələrini təmsil edən gənclərdən formalaşmış komandalar V regional tur çərçivəsində finala vəsiqə qazanmaq uğrunda mübarizə aparıblar. Sonda qalib gələn Ağdaş və Ucar komandaları növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, sentyabr ayı ərzində davam edəcək layihənin növbəti regional turu sabah Şəki şəhərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə