Deputat şagirdləri məktəb ləvazimatları ilə təmin etdi - FOTOLAR

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelin Xətai rayonunda seçiciləri və şəhid ailələri ilə görüşüb. SİA xəbər verir ki, görüşdə həmçinin YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai rayon icra hakimiyyətində şöbə müdiri Rafiq İsayev, YAP Mərkəzi Aparatı Humanitar və sosial məsələlər şöbəsinin baş məsləhətçisi Məhəmməd Məhərrəmov, “Ruskiy Dom” İnformasiya Mərkəzinin nümayəndəsi İrek Xaydaroviç Zinnurov iştirak ediblər.

YAP Xətai rayonunun inzibati binasında keçirilən görüşdə deputat Mixail Zabelin 30 nəfər aztəminatlı şagirdi məktəb ləvazimatları ilə təmin edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...