Kürdə suyun səviyyəsi 10 santimetr azalıb

Sentyabrın 12-də Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsində 2 santimetr artım, Kürəkçay-Çaykənd, Gəncəçay-Zurnabad və Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidor məntəqələrində isə dəyişiklik qeydə alınmayıb. Təngərüdçay-Vaqo məntəqəsində 9, Viləşçay-Şıxlarda 4, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində isə suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 8 santimetr azalıb. Hazırda məntəqədə su sərfi 102 kubmetr/saniyə qeydə alınır ki, bu da ongünlük normanın 73 faizini təşkil edir.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 33,5 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 37 faizini təşkil edir.
Kür-Surra məntəqəsində suyun səviyyəsi 5 santimetr artaraq 293 santimetr, su sərfi isə 66,5 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 4 santimetr azalaraq 125, Kür-Bankədə 10 santimetr azalaraq 108, Araz-Novruzluda isə 2 santimetr artaraq 57 santimetr təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə