"Əgər özünü doğrultmasa, onun haqqında da tədbir görüləcək" - DEPUTAT ŞƏRH ETDİ
"Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Fərid Qayıbovun yeni gənclər və idman naziri təyin olunması elə-belə, bilinmədən-tanınmadan edilməyib. Yeni təyin olunan şəxsin tərcümeyi-halına nəzər salırsan ki, o, çox məsul işlərdə çalışıb. İdman sahəsində də çalışıb və çalışdığı yerlərdə özünü doğruldub. Çox yaxşı göstəriciləri var. Beynəlxalq aləmdə də məsul vəzifələrdə çalışıb. Burada da özünü doğruldub". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, cənab Prezident bu təyinat zamanı tapşırıqlarını və göstərişlərini verdi ki, islahatlar, yeni işlər görülsün. Buraxılmış nöqsanlar nəzərdən keçirilsin, aradan qaldırılsın. İdman sahəsində olan müəyyən geriliklər, nələr varsa araşdırılsın, təhlil olunsun, gözdən keçirilsin, nəticə çıxarılsın. Bu barədə Elman Məmmədov deyib: "Qarşıya cənab Prezident tərəfindən tələblər qoyulur, tapşırıqlar verilir. Yəqin ki, iş də nəzarətə götürülür. Hesab edirəm ki, gənc nazirimiz bu məsuliyyəti dərk edəcək. Dövlət başçısı verdiyi tapşırıqlardan, qarşıya qoyduğu tələblərdən nəticə çıxaracaq. Daha yaxşı işləyəcək. Gənclərimizin, idmanımızın gələcəyi etibarlı əllərdə olacaq. Uğurlar qazanılacaq. Bu ancaq belə olmalıdır. Başqa cür ola bilməz. Əgər özünü doğrultmasa, onun haqqında da tədbir görüləcək. Necə təyin olunubsa, elə də işindən azad oluna bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB