"Fərid Qayıbov idman ictimaiyyətinə yaxşı tanınan bir şəxdir" - Yusuf Məmmədəliyev
"Hər il gənclər və idman sahəsində həyata keçirilən siyasətin bəhrəsini görürük". SİA xəbər verir ki, bunu Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev yeni gənclər və idman naziri Fərid Qayıbovun kollektivə təqdimatı zamanı deyib.
O qeyd edib ki, F.Qayıbov idman ictimaiyyətinə yaxşı tanınan bir şəxdir: “F.Qayıbov Avropa Gimastika Federasiyasının Prezidenti seçilib. İdman sahəsində biliyi, təcrübəsi ona dövlət başçısı tərəfindən etimad göstərilməsinin əsasını təşkil edib”.
Bütün xəbərlər Facebook səhifəmizdə