Şəkidə 20 şagirdə məktəb ləvazimatı təqdim olunub - FOTOLAR

Şəkidə 20 şagirdə məktəb ləvazimatı təqdim olunub - FOTOLAR

Şəkidə Milli Məclisin üzvü, YAP idarə heyətinin üzvü, Azərbaycan rus icmasının sədri Zabelin Mixail Yuryeviçin təşəbbüsü ilə 2021-2022-ci dərs ilində birinci sinfə gedəcək şagirdlərə məktəb ləvazimatı təqdim olunub. SİA-nın verdiyi məlumata görə, Şəkidə Yeni Azərbaycan Partiyasının dəstəyi, Azərbaycan Rus İcmasının və Rusiya səfirliyinin, təşkilatçılığı “Uşaqların məktəbə hazırlığına dəstək ol!” aksiyası çərçivəsində tədbir keçirilib.

Heydər Əliyev Mərkəzinin həyətində təşkil olunan tədbirdə şəhər rəsmiləri, Azərbaycan Rus İcmasının sədri və digər şəxslər iştirak edib. Bildirilib ki, Azərbaycanla Rusiya arasında münasibətlər, ikitərəfli əlaqələr bu gün də uğurla davam keçirilən aksiya iki ölkə arasında olan səmimi münasibətin bariz nümunəsidir. Birincilərə uğurlar arzulanıb, onların vətənə və cəmiyyətə layiqli övlad kimi böyüyəcəyinə əmin olduğunu bildirib.

Sonda birinci sinif şagirdlərinə təşkilatçılar tərəfindən məktəb ləvazimatları hədiyyə olunub.

Qeyd edək ki, “Uşaqların məktəbə hazırlığına dəstək ol!” aksiyası sentyabrın 13-dək Azərbaycanın digər bölgələrində davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə