“Nəcib Jurnalistlər” fəaliyyətə başladı

“Nəcib Jurnalistlər” fəaliyyətə başladı

“Nəcib Jurnalistlər” Qeyri-Hökumət Təşkilatı yaradılıb. Bu barədə qurumun təşkilatçısı, jurnalist Mətləb Salahov mətbuata açıqlamasında bildirib. M.Salahov yeni yaradılan jurnalist təşkilatının əsas məqsədlərini açıqlayıb: “İlk əvvəl peşəkar medianın formalaşmasına dəstək olmaq, təhsil, mədəniyyət, ekologiya, sosial həyatın ən müxtəlif sahələrində yenilik və inkişafa informasiya dəstəyi göstərmək, Azərbaycan həqiqətlərinin dünya mediasında işıqlandırılmasına çalışmaq əsas fəaliyyət istiqamətimiz olacaq. Ölkəmizin dəyərli yazarlarını hər zaman yanımızda görmək əsas arzumuzdur” - deyə M.Salahov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə