"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin təşkilatçılığı ilə Novamed Tibb Mərkəzində Ukraynadan dəvət olunmuş həkim ekspertlər tərəfindən 30 yaxın qazimiz müayinə olunub. SİA-nın verdiyi məlumata görə, qazilərin tibbi müayinələri, həkim qəbulu, laborator analizlər və digər bütün tibbi xidmətlər pulsuz təşkil olunub.
Tibbi müayinə aksiyasında Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti, klinkanın rəhbər və tibbi personalı fədakarlıqla iştirak edərək çıxş ediblər.
Tibbi aksıyada çıxış edənlər bildiriblər ki, birlik tərəfindən davamlı olaraq şəhid ailələrinə və qazilərə bu cür tibbi əhəmiyyətli dəstəyi həyata keçirməkdə əsas məqsəd ölkəmizin həssas təqbəqəsinin sağlamlığının vacibliyini düşünürək dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərin sağlamlığının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdikləri uğurlu fəaliyətə ictimai təkan olmaqla yanaşı tibbi dəsək göstərməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə