Tanınmış jurnalistin ailəsinə ağır itki üz verib

Tanınmış jurnalistin ailəsinə ağır itki üz verib

Azərbaycanın tanınmış yazıçısı, publisist, AZƏRTAC Dövlət Agentliyinin Türkiyə Respublikası üzrə bürosunun rəhbəri Sabir Hacıyevə (Şahtaxtılı) ağır itki üz verib. SİA-nın verdiyi məlumata görə, S.Hacıyevin qardaşı Səyyad Hacıyev dünyasını dəyişib.

Səyyad Hacıyev 13 iyun 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1986-cı ildə Bakı Dəniz Yolları Məktəbini, Odlar Yurdu Universitetini, 2019-cu ildə isə Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirmişdir. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Dəniz Nəqliyyatı Donanmasının texniki istismar xidmətinin himayəçi mexaniki işləyirdi.

SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev kollektiv adından Sabir Hacıyevə və mərhumun yaxınlarına Allahdan səbr diləyir və dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə