Üzgüçü Vəli İsrafilov Vətənə qayıtdı, hava limanında çempionumuz böyük çoşqu ilə qarşılandı
Paralimpiya çempionumuzun qarşılanma mərəsimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangırov, İdarənin kollektivi və bir qrup gənc iştrak edib.
Qeyd edk ki, Azərbaycanlı üzgüçü Vəli İsrafilov ölkəmizə Tokio Yay Paralimpiya Oyunlarında 11-ci qızıl medalı qazandırıb. 18 yaşlı Vəli 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1:04.86 nəticə göstərərək Paralimpiya rekordunu qırıb. O, Azərbaycanın Paralimpiya çempionu olan ən gənc idmançısı olub.
Elə indicə aldığımız xəbərdə qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV bu gün, 6 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə, Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alınıb ki, XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançıları və onların məşqçilərinin təltif olunanları sırasında 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli Vəli Rəşadət oğlu İsrafilov da vardır.
Təbrik edirik, Vəli!
ƏLİHÜSEYN ŞÜKÜROV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB