Füzulidə hava limanının açılması Bakının nələr edə biləcəyinə nümunədir - Pol Qobl
"Beynəlxalq hava limanının Füzulidə açılması bütün bölgəni birləşdirəcək". SİA xəbər verir ki, bunu amerikalı analitik, yazıçı və siyasi müşahidəçi Paul Goble bu gün Azərbaycan mediasına açıqlamasında deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağa bitişik ərazilərdə nəqliyyat qovşaqlarının tikintisi layihələrinin həyata keçirilməsi Füzuli rayonunun Azərbaycana yenidən inteqrasiyasına imkan verəcək: "Ən vacib fakt Bakının hava limanının tikintisini sürətlə həyata keçirə bilməsidir ki, bu da ölkənin bu cür layihələri sürətlə inkişaf etdirmək üçün resurslara malik olduğunu göstərir. Bu, Bakının digər ərazilərdə (Dağlıq Qarabağ ətrafında) nələr edə biləcəyinə bir nümunədir".
Xəbər verildiyi kimi, sentyabrın 5-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ən iri sərnişin təyyarəsi olan "Qarabağ" adlı Airbus A240-500 təyyarəsi işğaldan azad edilmiş Füzuli şəhərinin hava limanına eniş edib. Ötən bazar günü isə Azərbaycanın Silk Way hava yollarına məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" də Füzuli hava limanına sınaq reysi edib. Füzuli hava limanının təməlinin qoyulması Prezident İlham Əliyevin iştirakı ilə yanvarın 14-də baş tutub. Ötən ilin sentyabr-noyabr aylarında hərbi əməliyyatlar nəticəsində Bakının nəzarətinə keçən Azərbaycanın Laçın və Zəngilan bölgələrində də hava limanlarının tikintisi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB