"Ağdamlıların doğma yurdlarına səfərini böyük qayıdışın bir simvolu kimi görürük" Prezidentin xüsusi nümayəndəsi

"Ağdamlıların Ağdama səfərini böyük qayıdışın bir simvolu kimi görürük".

SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

10 noyabr 3 tərəfli razılaşmadan sonra, ermənilər Ağdamın azad edilməsinə məcbur edildi. Bu tarixi zəfərdən sonra, bəzi infrastruktur layihələrin icrasına start verildi. Ağdam rayonu bilirsiniz ki, ən çox piyada əleyhinə, tank əleyhinə minalarla, partlamamış hərbi sursatlarla ən çox çirkləndirilən rayonlarımızdandır. Təəssüflər olsun ki, bu bizim işimizdə çox böyük çətinliklər yaradır. Amma buna baxmayaraq işlər çox sürətlə aparılır. Sözsüz ki, vətəndaşlarımızın bura cəlb edilməsi bir vaxt məsələsi idi. Biz bu səfəri böyük qayıdışın bir simvolu kimi görürük. Yəni, böyük qayıdış, vətəndaşlarımızın öz dədə baba yurdlarına daimi qayıdacaqları günə qədər davam edəcək. Vətəndaşlarımız gəlib Ağdamın həm indiki vəziyyətini, burada aparılan quruculuq işləri ilə tanış olacaqlar. Sözsüz ki, bu olduqca vacibdir. Çünki, artıq müəyyən qədər mina təhlükəsini aradan qaldırdıqca bu səfərləri təhlükəsiz şəkildə təşkil etmək istəyirik və bunu edəcəyik. Bu gündə bunun birinci səfərə start verdik. Bu səfərlər davamlı olacaq. Biz böyük məmnuniyyətlə məcburi köçkünləri azad edilən yerlərə səfərləri üzərində düşünürük. Bunların hamısı olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə