Rusiyalı gənclər daha çox orta peşə təhsilini seçirlər

Rusiyanın bərpa olunan iqtisadiyyatı yeni peşələr tələb edir
Rusiyalı gənclər daha çox orta peşə təhsilini seçirlər

Ötən gün Rusiyanın baş naziri Mixail Mişustin, ölkə iqtisadiyyatının modernləşdirilməsi və texnoloji inkişafı üçün zəruri olan orta peşə təhsili və peşə ixtisaslarının siyahısının genişləndirilməsi haqqında fərman imzalayıb.

Beləliklə, rus saytlarının verdiyi məlumata görə, “...yenilənmiş siyahıya robototexnika, logistika, tibb, kənd təsərrüfatı, inşaat, turizm, sosial və xidmət sahələri daxil olmaqla 55 ixtisas və 35 peşə əlavə edilib”.

Bütün bunlardan əlavə, bu siyahıda "Məktəbəqədər təhsil", "Tibb bacısı işi", "Ümumi tibb", "Aqronomiya", "Əlavə texnologiyalar", "Pilotsuz təyyarə sistemlərinin istismarı", "Mənzil binasının idarə edilməsi və istismarı" və s. və s.kimi ixtisaslar da xüsusi yer alıb.

Xatırladaq ki, bu siyahıdan peşə və ixtisas seçən tələbələr Rusiya hökumətindən təqaüd almaq üçün müraciət edə bilərlər.

...Və gərək ki, xatırlamış olarsınız, bir müddət bundan əvvəl SİA son dövrlər Rusiyadakı gənclərin orta peşə təhsilinə böyük maraq göstərdikləri barədə yazı dərc etmişdi. Həmin yazıda, hazırda əksər ruiyalı gənclərin ölkə universitetlərindən daha çox peşə ixtisaslarına yiyələnmək üçün orta peşə təhsilinə üz tutduqları barədə danışılırdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə