“KALİTE ÖDÜLLERİ”, “QUALITY AWARDS” Beynəlxaq mükafatlandırma mərasimi hər il müxtəlif ölkələrdə baş tutsa da məhz bu il layihənin beynəlxalq direktoru Oya Ulucan və Azərbaycan üzrə direktoru Ayaz Məmmədov tərəfindən Bakıda təşkil olunub. SİA-nın verdiyi məlumata görə, mükafat bu il ərzində Azərbaycanda fəaliyyət sahələri ilə seçilən şəxslərə təqdim edilib. Layihədə xüsusi bir məqam, dünya üzrə çox az sayda şəxslərə təqdim olunan beynəlxalq dərəcəli mükafat məhz Azərbaycanda İkinci Vətən müharibəsi döyüşçüsü Zakir İmanova “Başarılı Karabağ Savaşçısı” nominasiyası üzrə təqdim olunub. Qazimiz Zakir İmanov həmin gün 2 mükafata layiq görülüb.
1-ci Azərbaycan üzrə
2-ci isə Beynəlxalq dərəcəli xüsusi mükafat.
Xatırladaq ki, Zakir İmanov 29 iyun 2021-ci ildə Türkiyədə “XARI BÜLÜBÜL” simvolunu təqdim edən İkinci Vətən müharibəsi döyüşçüsüdür. Qəhrəmanımız Qarabağ döyüşlərində İkinci Vətən müharibəsində Zəngilan, Füzuli, Suqovuşan, Talış kənd istiqamətində ön planda iştirak edib. Qazimiz Ali Baş Komandan tərəfindən Zəngilan, Füzuli, Talış kənd, Suqovuşanın azad edilməsinə görə, "Vətən uğurunda" medalları ilə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB