Deputat ehtiyacı olan seçicilərini tibbi ləvazimatlarla təmin edib - FOTOLAR

Deputat ehtiyacı olan seçicilərini tibbi ləvazimatlarla təmin edib - FOTOLAR

Bu gün Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Azərbaycanda rus icmasının sədri Mixail Zabelinin Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının binasında seçiciləri ilə görüşü keçirilib.

SİA xəbər verir ki, Milli Məclisin deputatı Mixail Zabelinin şəhid ailələri və aztəminatlı ailələrlə görüşdə ehtiyacı olan 34 nəfər tibbi ləvazimatlarla təmin olunub. Ləvazimatlara kastillər, təziq və şəkər ölçən cihazlar daxildir.

Görüş sonunda seçicilər deputat Mixail Zabelinə onlarla mütəmadi görüşdüyünə, problemlərinə diqqət ayırdığına görə təşəkkür edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə