"Gəmi kapitanları mütləq gəmidə olmalı və... - XƏBƏRDARLIQ EDİLDİ - QURUM RƏSMİSİ AÇIQLADI

"Gəmi kapitanları mütləq gəmidə olmalı və... - XƏBƏRDARLIQ EDİLDİ - QURUM RƏSMİSİ AÇIQLADI

“Sentyabrın 2-si axşam Xəzər dəniz akvatoriyasında şimal-qərb və şimal küləyinin 13-18 m/s, 3 sentyabr 20-23 m/s, sentyabrın 3-ü axşamdan 4-ü səhərədək 18-23 m/s arabir 25 m/s-dək güclənəcəyi gözlənilir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nın mətbuat katibi Mehman Mehdiyev deyib.


Onun sözlərinə görə, dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 4.0-6.0 metr olaraq proqnozlaşdırılır: “Gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülməli, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunmalıdır. Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırmalıdırlar. Külək gözlənilən tarixlərdə gəmi kapitanları mütləq gəmidə olmalı və gəmilərin təhlükəsiz dayanmalarını təmin etməlidirlər”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə