Limonun orqanizmə zərərləri

Limon allergenlər siyahısına daxildir. Bu səbəbdən sitrus meyvələrə qarşı allergiyası olan, böyrək xəstəliyindən əziyyət çəkən, hamilə qadınlar və körpəsinə süd verən analar, 3 yaşına qədər uşaqlara limondan istifadə etmək məsləhət görülmür. SİA xəbər verir ki, limon bağırsaqların və mədənin selikli qişasına təsir etdiyi üçün bu orqanların xəstəliyindən əziyyət çəkən insanlara limon yemək qadağandır. Eyni zamanda həddən artıq limon qəbul etmək də bir sıra xəstəliklərin ağırlaşmasına səbəb ola bilər:
Mədəaltı vəzin fəaliyyətinin pozulması;
Mədə xorası və onikibarmaq bağırsağın xəstəliyi;
Enterit, kolit və kəskin qastroenterokolit.
Beləcə, bütün zəngin tərkibi və müxtəlif faydalı xüsusiyyətləri ilə yanaşı, limonu ehtiyatla və qaydalara uyğun qəbul etmək lazımdır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə