Türk dövlətlərinin jurnalistləri Gəncədə -VİDEO

Türk şurasının media təmsilçiləri Gəncəyə səfər ediblər. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, səfər çərçivəsində türkdilli dövlətlərdən təxminən 45 media mənsubu iştirak edib.

Jurnalistlər Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən raket zərbələri ilə hədəf alınan yaşayış massivinə baxıblar. Günahsız insanların öldürülməsi, müharibə zonasından uzaq yaşayış massivlərinin ballistik raketlərlə hədəf alınması faktlarını öz gözləri ilə görüblər.

Azərbaycana səfəri başlayan media mənsubları əsasən Türkiyə, Bosniya, Özbəkistan, Qazaxıstan, Macarıstan və digər türkdilli dövlətləri təmsil edirlər. Erməni vəhşiliyinin izləri jurnalistlər tərəfindən lentə alınır.

Məlumat üçün bildirək ki, Gəncə şəhərinə səfərin ardından media rəsmiləri Ağdam rayonuna gedəcəklər.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə