Moskva meri Sergey Sobyanin bəyan edib ki, oktyabrın 15-dən Moskva metropoliteninin bütün stansiyalarında sərnişinlərin üzünü tanıyan xüsusi kameralar vasitəsi ilə FacePay ödəniş sisteminin tətbiqi mümkün olacaq.
Bu nədir?
Süni intellekt turniket qarşısında duran sərnişini onun bazada olan biometrik göstəriciləri əsasında tanıyır və bundan sonra 5G şəbəkəsi vasitəsi ilə onun kredit kartından gediş haqqını metropolitenin hesabına köçürür və əməliyyat uğurla başa çatdıqdan sonra turniketi açır. Bu əməliyyatlara 1 saniyə yetərli olur.
Məqsəd sərnişinlərin metro stansiyalarına daxil olmasını daha rahat etmək və sərnişinləri yüksək texnologiyalar hesabına əlavə əməliyyatlardan azad etməkdir.
Qeyd edim ki, Moskva metropolitenində sərnişinlər Wi-fi funksiyalı kredit kartları vasitəsi ilə gediş haqqını hələ neçə il əvvəl həyata keçirə bilirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB