Almaniyadan deportasiya edilən azərbaycanlıların sayı AÇIQLANDI

Almaniyadan deportasiya edilən azərbaycanlıların sayı AÇIQLANDI

Ötən gün Gürcüstan Respublikasının vətəndaşı olan səkkiz azərbaycanlı Almaniyadan deportasiya edilib. SİA-nın məlumatına görə, 2015-ci ildə Almaniyaya gələrək, qaçqın kimi sığınacaq istəyən azərbaycanlılar miqrasiya idarəsi və polis əməkdaşları tərəfindən Dortmund hava limanına gətiriliblər. Onlar Dortmund-Kutaisi təyyarə reysi ilə Gürcüstana göndəriliblər.

Deportasiya olunan səkkiz nəfərdən üçü bir ailənin üzvü olub.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən bildirilib ki, bu ilin may-iyul aylarında ümumilikdə 819 Gürcüstan vətəndaşı federal idarədən sığınacaq istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə