Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, mükafata layiq görülənlər arasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də var.
E.Mirzəyev "İgidliyə görə” medalı ilə təltif olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Türkiyədə meşə yanğınlarının söndürülməsində və fəlakət zonasında zəruri axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşları təltif ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB