Mehriban Əliyeva medal qazanan idmançılarımızı təbrik edib

Mehriban Əliyeva medal qazanan idmançılarımızı təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında bu gün Yay Paralimpiya oyunlarında medal qazanan idmançıları təbrik edib.

SİA-nın məlumatına görə, paylaşımda deyilir:

"Bu günədək olan nəticələrə əsasən Azərbaycanın 10 qızıl, 1 gümüş və 4 bürünc medalı var! Bugünkü qaliblərimizi – daha bir qızıl medal qazanmış Raman Salehi, gümüş medal sahibi Lamiyə Vəliyevanı və bürünc mükafatçı Səid Nəcəfzadəni səmimi-qəlbdən təbrik edirəm! Milli yığmamıza yeni qələbələr və nailiyyətlər arzulayıram!".

Bütün xəbərlər Facebook səhifəmizdə