Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan İdman Könüllüləri ictimai birliyinin birgə təşkilatçılığı ilə könüllülərin yay tətilində asudə vaxtlarını səmərəli keçirmələri üçün Şamaxıya ekskursiya təşkil edilib. SİA xəbər verir ki, ekskursiya çərçivəsində ilk öncə könüllülər Acıdərə Türk Şəhidliyi abidə-kompleksini ziyarət ediblər, baş verən döyüşlər haqqında ətraflı məlumat əldə ediblər. Daha sonra könüllülər Şamaxının meşə və dağ massivlərində vaxt keçiriblər. Müxtəlif maraqlı idman oyunları oynamaqla yanaşı könüllülər ətraf mühitdə təmizlik işləri aparıblar. Könüllülər Bakıya xoş təəssüratlarla geri dönüblər.
Ekskursiyada iştirak edən gənclər yüksək əhval ruhiyyədə olduqlarını, bu cür tədbirlərin keçirilməsi gənclər üçün maraqlı və yadda qalan olduğunu da vurğulamışlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB