Ağstafada yeni ticarət mərkəzi açıldı -VİDEO

Ağstafada yeni ticarət mərkəzi açıldı -VİDEO

Ağstafa şəhərinin mərkəzində Səməd Vurğun parkının qarşısında müasir tələblərə cavab verən, zirzəmisi ilə birlikdə 5 mərtəbədən ibarət yeni ticarət mərkəzinin açılışı olub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, burada ərzaq məhsulları ilə yanaşı bazar qiymətləri ilə ekoloji təmiz kənd təsərrüfatı mallarının və məişət əşyalarının satışı həyata keçiriləcək. 3-cü mərtəbədə isə uşaqlar üçün əyləncə mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılıb. Açılışda iştirak edən rayon icra hakimiyyətinin başçısı Seymur Orucov bildirib ki, yeni açılmış ticarət mərkəzi digər böyük marketlərlə rəqabətə girərək keyfiyyətli və ucuz qiymətlərə məhsulların satışını həyata keçirəcək. Digər çıxış edən sakinlər isə yeni açılmış ticarət mərkəzinin fəaliyyətindən razı qaldıqlarını söyləyiblər. Şəhid ailələrinə və Qarabağ müharibəsi qazilərinə hər zaman dəstək olan sahibkar Elşad Vəliyev isə ticarət mərkəzinin fəaliyyətindən danışıb.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə