Mehriban Əliyeva Yay Paralimpiya oyunlarının medalçılarını təbrik edib

Mehriban Əliyeva Yay Paralimpiya oyunlarının medalçılarını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva "Tokio-2020” XVI Yay Paralimpiya oyunlarında növbəti medal qazanan idmançılarımızı təbrik edib. SİA-nın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında edilən paylaşımda deyilir:

"Bizim yeni qələbələrimiz, növbəti medallarımız! İdmançılarımızı – qızıl medal sahibləri, dünya rekordunu yeniləmiş Elvin Astanovu, Dürsədəf Kərimovanı və bürünc medal qazanmış İlham Zəkiyevi səmimi qəlbdən təbrik edirəm. Sizin hamınıza və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə