Egey dənizində türkiyəli balıqçıların olduğu qayıq Yunanıstan Sahil-Mühafizə Xidmətinə məxsus qayığın hücumuna məruz qalıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, insident Aydın vilayəti yaxınlığında qeydə alınıb.
Qeyd olunur ki, yunan hərbçilər balıqçı qayığını rezin güllələrlə atəşə tutub. Bundan başqa, qayığa daşlar da atılıb.
İnsident nəticəsində xəsarət alanın olmadığı deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB