Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov Gəncəyə səfər edib. SİA xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətində səfirlə keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Bahrom Aşrafxanov qeyd edib ki, Gəncə özünün mədəni, elmi və iqtisadi potensialına görə Özbəkistan və Azərbaycan arasında qurulan çoxşaxəli əlaqələrdə önəmli rol oynaya bilər.
Diplomat Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti ilə də yaxından tanış olub. Aqrar Universitetin Tələbə evləri, Biotexnologiya mərkəzi, müasir tədris korpusları və laboratoriyalarını gəzən qonaq məmnunluğunu ifadə edib.
Səfir daha sonra 2020-ci il oktyabrın 11-də və 17-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı ərazilərə baş çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB