“Baba bulağı” Təbiət Evində “Şəxsiyyət” publisistik, ictimai-kütləvi jurnalının 12-ci nömrəsinin təqdimatı keçirilib. Jurnal Masallı rayonunun Mahmudavar kənd bələdiyyəsinin sədri Əfqan Babayevə həsr olunmuşdur.
Tədbirdə “Şəxsiyyət” publisistik, ictimai-kütləvi jurnalının Baş redaktoru Cümşüd İsgəndər, habelə alimlər, jurnalistlər, ziyalılar, Ə.Babayevin dost və yaxınları iştirak ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı Mahmudavar ərazisindən xəbər verir ki, tədbiri jurnalın Baş redaktoru, respublikanın tanınmış jurnalisti Cümşüd İsgəndər açaraq, “Şəxsiyyət” publisistik, ictimai-kütləvi jurnalının 12-ci nömrəsinin bələdiyyə sədi Əfqan Babayevə həsr olduğunu bildirib, onun həyat və fəaliyyətinin bəzi məqamlarından danışıb.
Jurnalın ilk səhifəsində Baş redaktorun Ə.Babayevlə müsahibəsində bələdiyyə sədrinin bütün dəyərli məziyyətləri barədə məlumat verilir, onun cəmiyyətdə bir şəxsiyyət kimi özünü təsdiqləməsi aşkarlanır. Uşaqlıq, gənclik illəri, sonrakı fəaliyyəti, ailə durumu, dostcanlığı, səbrli, dəyanətli, etibarlı, məsuliyyətli, ürəyiyumşaqlığı, işgüzarlığı, el-obanın xeyir-şərində həmişə başda olmağı, əsl ağsaqqallığı verilən yazılarda əksini tapır.
Jurnalda ölkənin tanınmış alimlərinin, jurnalistlərin, ziyalıların, sadə dostların yazıları özünə yer alıb.
“Şəfəq” AUDİT-KONSALTİN” MMC-nin direktoru Şirvan Abbasov, BDU-nun dosenti, AMEA Zoologiya İnstitutunun aparıcı elmi işçisi Əbülfəz Tağıyev, Əməkdar Jurnalist, “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə, tanınmış iş adamı Sərxan Babayev, SOCAR Neft Şirkəti Marketinq, iqtisadi əməliyyatlar İdarəsinin sahə rəisi Salamat Mirzəyev, Masallı RİH-nin Ərazi İdarəetmə şöbəsinin müdiri, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, “Yeni həyat” qəzetinin məsul katibi, “Qızıl Qələm” media və Zərdabi mükafatları laureatı, AJB üzvü Həsənağa Əliyev, AJB üzvü Qumru Əhmədov, müəllim-jurnalit Ələkbər Məmmədov, Masallı Poçt Filialının rəisi Səfalı Paşayev, ziyalı Hikmət Xanməmmədov, Tüklə bələdiyyəsinin sədri Eyvaz İmaməliyev, Əfqanıstan müharibəsinin iştirakçısı Yunsur Məmmədov və başqaları Ə.Babayev çıxışlarında onu gözəl insan, etibarlı dost, bacarıqlı təşkilatçı və nəhayət, cəmiyyətdə özünü təsdiqləyən şəxsiyyət kimi səciyyələndirərək gündəmə gətiriblər.
Tədbir iştirakçıları Mahmudavar bələdiyyəsinin sədri Əfqan Babayevin ömür yolunu, bələdiyyədəki fəaliyyətini, şəxsiyyətini jurnalda ətraflı, bələdçiliklə işıqlandırdığı üçün jurnalist Cümşüd İsgəndərə təşəkkür etmiş, ona yeni yaradıcılıq uğurları arzulamışlar.
ƏLİHÜSEYN ŞÜKÜROV,
HƏSƏNAĞA ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB